Xəbərlər

Hər müraciət diqqətdədir…

Araz Əhmədov Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib.

5 avqust 2026-cı ildə II Yeddioymaq ərazisinin Qasımlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Görüşdə çıxış edən Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilmiş əvvəlki qəbul zamanı 1 vətəndaş tərəfindən 1 məsələ qaldırılmış, həmin məsələ ilə bağlı vətəndaşa qanunvericiliyin tələblərinə uyğun izahat verilmişdir. Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.

Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Bütün qeyd olunanlara nümunə olaraq, elə bu gün Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarları ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhu ehtiramla yad edilmişdir.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.
Rəşad Fərəcov, Nurşad Bayramov (foto, video).