Xəbərlər

Masallı rayonundan Azərbaycan Tibb Unversitetinə qəbul olmuş tələbələrlə görüş keçirilib

Masallı Rayon Mərkəzi Xəstəxanasında bu il Masallı rayonundan Azərbaycan Tibb Unversitetinə qəbul olmuş tələbələrlə görüş keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu çıxış edərək tələbə adı qazanmış gəncləri təbrik edib. Gələcəyin həkimlərinə vətəninə, millətinə vicdanla xidmət etməyi ,valideynlərinə xeyirli övlad olmağı arzu edib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu həmçinin TƏBİB tabeliyindəki tibb müəssisələrində çox sayda tibb işçilərinə şamil olunan əmək haqqı artımı barədə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilıb.

Əlihüseyn ŞÜKÜROV, Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.
Rəşad Fərəcov, Nurşad Bayramov (foto, video).