Kültür-sənət • Xəbərlər

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi və Nizami Kino Mərkəzinin tərəfdaşlığı ilə 10-cu “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

“Füyuzat” xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, bu il “Ulduz sivilizasiyası” mövzusuna həsr olunan festival sənədli kino həvəskarlarını bir araya gətirəcək.

Festival çərçivəsində təqdim ediləcək filmlərin nümayişinə giriş sərbəstdir.