Dövlət İmtahan Mərkəzi (DİM) orfoqrafiya-orfoepiya lüğəti nəşr edib.
“Füyuzat” xəbər verir ki, lüğətdə Azərbaycan dilinə aid sözlərin düzgün yazılışı, tələffüz forması, qrammatik mövqeyi, bir sıra hallarda isə leksik mənası təqdim edilib. Lüğətdə 5000-dən çox söz dərc edilib.
Lüğəti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində (https://abiturient.az/wolt) sifariş etmək mümkündür.



