Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir

Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

“Füyuzat” xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də yazıçılar, şairlər və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.