Xəbərlər

Milli Kitabxanada Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb

Azərbaycan Milli Kitabxanasında “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgidə Azərbaycan xalqının milli azadlıq mübarizəsini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını, ölkəmizin çoxəsrlik tarixini, milli oyanış və müstəqillik hərəkatını, dövlətçilik ənənələrinin inkişafını, milli özünüdərk proseslərini, xalqımızın mənəvi dəyərlərini, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını əks etdirən Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş olunur