Dünən, 16 noyabr 2026-cı ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Sığdaş ərazi dairəsinin Babaküçə kəndində yaşayan, anadangəlmə fiziki məhdudiyyəti olan 2024-cü il təvəllüdlü Səccad Əliyevi evində ziyarət edib.
“Füyuzat” xəbər verir ki, ziyarət zamanı Səccad Əliyevin səhhəti, müalicə prosesi və hazırkı vəziyyəti ilə maraqlanılıb, ailə üzvləri ilə söhbət aparılıb. Rayon rəhbəri uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat alıb, ailənin qayğı və ehtiyaclarını dinləyib.
Qeyd etmək yerinə düşər ki, Səccad Əliyev Birinci Qarabağ müharibəsi veteranı Surxay Əliyevin nəvəsidir. O, bir müddət əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə cərrahi əməliyyat keçirib.
Belə ziyarətlər əhalinin sosial qayğıları ilə yaxından maraqlanmaq, xüsusilə sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə diqqət və qayğı göstərmək, vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.



Əlihüseyn Şükürov, Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.
Rəşad Fərəcov, Nurşad Bayramov (foto, video).



