Xəbərlər

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb.

“Füyuzat” xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib.

Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb.

Qurum ətraf ərazilərin sakinlərini və turistləri kraterə 5 km-dən az məsafədə yaxınlaşmamağa çağırıb.

Semeru – İndoneziyada hündürlüyünə görə dördüncü vulkan (dəniz səviyyəsindən 3 676 m) və Yava adasındakı ən yüksək zirvədir.