Xəbərlər

Siyarto: Ukrayna danışıqları indi başlamalıdır

“Ukrayna üzrə danışıqlar indi başlamalıdır, münaqişə döyüş meydanında bitməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Mövqeyimiz ondan ibarətdir ki, sülh mümkün qədər tez əldə edilməlidir. Sülh danışıqları başlamalı və dərhal atəşkəsə nail olunmalıdır. Müharibə davam edərsə, eskalasiya riski günü-gündən artacaq”, – o deyib.

“Müharibə döyüş meydanında bitə bilməz. Döyüş meydanında həll yoxdur. Döyüş meydanı ölü insanlar, xarabalıqlar və dağıntılarla doludur. Bizə sülh lazımdır, müharibənin bitməsi lazımdır. Müharibə davam etdikcə hər gün daha çox insan ölür”, – Siyarto əlavə edib.