Xəbərlər

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

“Füyuzat” xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Nəşrin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.