Xəbərlər

Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüşün vaxtı hələ təyin edilməyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Hələ heç nə planlaşdırılmayıb. Prezident bu barədə hamını məlumatlandırmağa davam edəcək”, – o, Putinlə Trampın görüşü ilə bağlı suala cavab verib.

“Lakin mən bilirəm ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vols, prezidentin bu münaqişəni sona çatdırmağa tapşırdığı bütün nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam ediblər. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, – Leavitt əlavə edib.