Xəbərlər

Ağalıda Aqrar Biznes Festivalı keçiriləcək

Aprelin 30-da, saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində növbəti Aqrar Biznes Festivalı keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tədbir kəndin mərkəzində baş tutacaq.

Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.