Kültür-sənət

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

“Füyuzat” xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, sənət ocağının direktoru Aqil Bəhramlı ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlardan söhbət açıb.

“Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Bu mövsümdə də bir çox maraqlı layihələr həyata keçiriləcək, yeni tamaşalarımızın premyeraları reallaşacaq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 117-ci mövsümünün rəsmi açılışı 18 Sentyabr — Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə olacaq”, – deyə A.Bəhramlı əlavə edib.

Görüşdə Xalq artistləri İlham Namiq Kamal və Afaq Bəşirqızı kollektivə yaradıcılıq uğurları arzulayıblar.