Xəbərlər

Almaniya: Hazırda Ukraynada sülhməramlı missiya üçün heç bir əsas yoxdur

Bundestaqın müdafiə üzrə komissarı E.Höql Bundesverin Ukraynada sülhməramlı əməliyyatda iştirak edə biləcəyi ilə bağlı bəyanatları təkzib edib və hazırda sülhməramlı missiya üçün heç bir əsas olmadığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkə mətbuatı məlumat yayıb.

“Hazırda sülhməramlı missiya və NATO quru qüvvələrinin Ukraynada yerləşdirilməsi üçün heç bir əsas yoxdur. Buna görə də, Bundesverin mümkün iştirakı barədə spekulyasiya etmək indi yersizdir. Bundesverin hazırkı vəzifəsi Ukraynaya maddi yardım və təlim vasitəsilə mümkün olan maksimum dəstək verməyə davam etməkdir”, – Höql əlavə edib.