Xəbərlər

Azərbaycan Avrasiya İnkişaf Bankı ilə strateji hədəfləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avrasiya İnkişaf Bankı arasında strateji hədəflər müzakirə edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Avrasiya İnkişaf Bankının strateji hədəfləri, region ölkələrindəki fəaliyyətinin istiqamətləri və layihələri, mərkəzi banklarla əməkdaşlıq təcrübəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.