Xəbərlər

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

Azərbaycan jurnalistlərinin IX qurultayının keçirilmə tarixi oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilib.

“Füyuzat” xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, bu qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.

Təşkilat Komitəsi Mətbuat Şurasına (MŞ) üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya info@presscouncil.az elektron ünvanına göndərmək) çağırır.

Nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.

Qurultay Rəşid Behbudov adına Mahnı Teatrında oktyabrın 16-da saat 09.00-da işə başlayacaq.