Xəbərlər

Azərbaycan və Özbəkistan QHT-lər üçün ilk dəfə birlikdə qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edir.

“Füyuzat” xəbər verir ki,bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il iyul ayının 1-də başlanacaq. Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir.

Müraciət üçün son tarix 2026-cı il iyul ayının 30-dur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.

Daha ətraflı linkə keçid edərək məlumat almaq olar.