Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ana Dili Günü münasibətilə paylaşım edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə məlumat XİN-in rəsmi “X” hesabında paylaşılıb.
“Azərbaycan dil müxtəlifliyinin qorunub saxlanması və təşviqi, o cümlədən Azərbaycan dilində əks olunmuş zəngin mədəni irsin diqqətlə qorunub saxlanması öhdəliyində hər zaman sadiq qalır”, – paylaşımda qeyd olunub.