Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə AQEM-in mətbuat xidməti məlumat yayıb.
İclasın iştirakçıları xüsusilə sədrliyin baxışını və üzv dövlətlərin 2025-2026-cı illər üçün təşəbbüslərini müzakirə edəcəklər.
Tədbirin təşkilatçısı AQEM Katibliyinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyidir.