Bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İyunun 16-da yubiley ili çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.
“Füyuzat” xəbər verir ki, proqramda görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında Azərbaycan bəstəkarlarının sevilən əsərləri və xalq musiqisinin inciləri səsləndiriləcək.
Konsertə Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.
Biletləri şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz.



