Xəbərlər

Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək

“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda 16-17 may, 2025-ci il tarixlərində Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, konfransda iqtisadiyyat, idarəetmə, maliyyə, beynəlxalq ticarət və logistika, mühasibat uçotu, dövlət idarəçiliyi, beynəlxalq əlaqələr, kommunikasiya və informasiya texnologiyaları sahələrində aparılan elmi araşdırmalar təqdim olunacaq.Konfransın əsas panel müzakirələri aşağıdakı mövzuları əhatə edir:

1. Panel – Türk Dünyasında Dayanıqlı və Yaşıl İqtisadiyyatın Yeni Dövrü

2. Panel – Gənclər və İqtisadi İnkişaf: Yeni Nəsil Sahibkarlıq və Startaplar

3. Panel – İnformasiyanın İdarə Edilməsi və Süni İntellekt Məruzələr elektron və əyani formatda təqdim edilə bilər.

Məruzə müraciətləri üçün son tarix 20 mart, 2025-ci il olaraq təsdiq edilib. Tam mətnlər isə 30 aprel, 2025-ci ilə qədər təqdim edilməlidir.

Ətraflı məlumat üçün https://tdkongre.com/ saytını ziyarət edə bilərsiniz.