ABŞ dövlət katibi Entoni Blinken Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin təmin edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini etiraf edib. Blinken həmçinin HƏMAS-ı atəşkəs masasına gətirənin Ərdoğan olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
“Keçən həftə Türkiyəyə getmişdik. HƏMAS-ı yenidən masaya gətirmək üçün prezident Ərdoğanın yanına getdik. Razılaşmanı yekunlaşdırmaq üçün öz ağırlığından və təsirindən istifadə etmək üçün Ərdoğandan kömək istədik. Prezident Ərdoğan da bunu etdi və HƏMAS masaya qayıtdı” , – Blinken bildirib