Xəbərlər

Bloomberg: Yermak və Sallivan Ukraynada kadr çatışmazlığını müzakirə ediblər

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Ukrayna Silahlı Qüvvələrində yaşanan kadr çatışmazlığını müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, Sallivan və Yermak ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası tərəfindən Amerikanın Kiyevə hərbi yardımını artırması, Rusiyaya iqtisadi təzyiq, Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı və iqtisadi yardım kimi mövzular ətrafında danışıqlar aparıblar.