Xəbərlər

BMT: İsrailin Qəzzadakı hərəkətləri soyqrımdır

“İsrail Qəzza zolağındakı insanlara qarşı soyqırım həyata keçirir və bu, Fələstin ərazisində kütləvi dağıntıların yaranmasına səbəb olur”.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.

“Təxminən bir il ərzində İsrail Qüvvələrinin Qəzza zolağına qarşı başlatdığı soyqırım nəticəsində 40 mindən çox dinc sakin həlak olub, 95 min nəfərə yaxın insan isə yaralanıb, çoxlu sayda mərkəzi infrastrukturlar, yaşayış binaları yerlə-yeksan edilib”, – Albanese BMT-nin İnsan İşləri üzrə Ali Komissarlığının ofisinin mətbuat konfransında söyləyib.