BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın Sumı şəhərinə çoxlu insanın ölümünə səbəb olan ballistik raket hücumundan sonra daimi atəşkəs çağırışını təkrarlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Quterreş Ukraynadakı hücumlarla bağlı yazılı açıqlamasında bildirib.
“Mülki şəxslərə və mülki infrastrukturlara qarşı hücumların beynəlxalq humanitar hüquqa zidd olduğu və bu cür hücumların harada baş verməsindən asılı olmayaraq dərhal dayandırılması mühümdir. BMT Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam qoruyan ədalətli, davamlı və hərtərəfli sülh üçün səyləri dəstəkləməyə davam edəcək”, – baş katib vurğulayıb.
Qeyd edək ki, Rusiya ordusunun dünən Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket hücumunda 32 sivil həlak olub, 99 nəfər isə yaralanıb.