Kültür-sənət Xəbərlər Yunus Müşfiq

Bonq Cun-Ho: “Qorxudan yaxa qurtarmaq çətindir”

– Filmlərinizin qara yumor elementlərinə görə tamaşaçı rəğbətini qazanmasına baxmayaraq, onların ideya-tematik qatında bəzən kinik dünyagörüşün izləri müşahidə olunur. Özünüzü bədbin kimi xarakterizə edərdinizmi?

– Hər şeydə pesimist olduğumu düşünmürəm. Lakin istəyirəm ki, üzləşdiyimiz reallıq qarşısında dürüst olum. Gəlin, elə “Parazit” (Parasite) filmini nümunə kimi götürək. Fikirləşirdim ki, bəşəriyyət gözümüzün önündə olan mobil aparatlar kimi bu cür möhtəşəm inkişafa nail olub. Lakin ötən 30 ili nəzərə alsaq, görərik ki, varlılar ilə yoxsullar arasındakı boşluğun sərhədləri aradan qalxıb. Əslində, belə deyil. Bir oğlum var, indi düşünüm ki, bu baş verən şeylər, gedişat onları öz generasiyasında inkişafamı aparır? Həqiqətən, bunun belə olduğunu düşünmürəm. Doğrusu, qorxunun çoxluğunun qaynağı burda yatır. Yəni, qorxu və kədərə qarşı dürüst olmaq və onu, həqiqətən də, tamaşaçıya çatdırmaq istəyirdim.

– Bugün həmin qorxu daha mı önəm daşıyır və yaxud bir müddət barəsində düşündüyünüz bir şeydirmi?

– Yaxşı, onda gəlin belə danışaq, mən 2013-cü ildə bu ideyanı inkişaf etdirməyə başlayanda altı il idi ki, varlı ilə yoxsul arasındakı uçurum, iqtisadi qütbləşmə məsələsi o qədər də fərqlənmirdi. O vaxtlar mən “Qar Yarıcı” (Snowpiercer) filminin post-istehsalında işləyirdim. Zəngin və yoxsul təbəqəli insanların ikisini də bir yerdə daşıyan qatarda baş verən bu film siniflər arası müxtəliflik və mübarizəsindən bəhs edir. Lakin “Parazit” (Parasite) filmində hekayənin daha çox özümlə, ətrafımla, gündəlik yaşadığım sosial mühitlə bağlı olmasını istəyirdim.

“Zəngin və yoxsul təbəqə arasında yaranan uçurumdan qorxuruq, bununla belə bu vaxta qədər daha dəhşətlisi isə elə bu fikirdən doğan qorxudur ki, o da gələcəkdə də öz həllini tapmayacaq”.

– Görünür, kino və televiziya təsvirlərində ekrana gətirilən zəngin koreya ailə modellərinin stereotipik obrazını yaratmaqda qətiyyətli deyilsiniz.

Koreya efirlərində yayımlanan ekran əsərlərində, xüsusilə də melodram janrındakı “sabun operaları”nda (seriallarında) ənənəvi mənfi obrazlar olduqca tamahkar görünürlər. Özlərindən aşağıda gördükləri kəslərə zorakılıq və ağlasığmaz qəddarlıqla rəftar edir və onları tar-mar edirlər. Bilirsiz, 1995-ci ildə ilk dəfə Metyu Kasovitsin “Yanğı” (La Haine) filmini izləyəndə Parisdə bu səhnəyə bənzər əraziləri görmək məni çox təəccübləndirdi. Banliyöadlı həmin periferik məkanın mövcudluğundan belə xəbərsiz idim.

Nə zaman Parisi düşünsəm, təsəvvürümdə Şanzelize prospekti, orda şərab içib akkordeon musiqisini dinləyən adamlar canlanır. Digər nümunə kimi Şon Beykerın “Florida layihəsi” (The Florida Project) filmini göstərmək olar. Koreya çox zəngin və çox inkişaf etmiş ölkədir. Buna baxmayaraq bir ölkə bu dərəcədə zənginləşdikdə varlılar ilə kasıblar arasında uçurum həmin nisbətdə daha da dərinləşir. 

– Bədbəxtlikdən, bu sinfi mübarizə dünyanın, demək olar ki, hər bir nöqtəsində qaçılmaz bir reallıq kimi təzahür etməkdədir.

Bu hal bütün ölkələr üçün keçərlidir, bəli. Təbii ki, müxtəlif siniflər arasında qarşılıqlı anlaşma, rəğbət və əlaqə ola bilər. Lakin hadisələrin məhz filmdəki kimi baş verməsinin reallığa uyğun, inandırıcı olması qənaətindəyəm. Bizim, hamımızın varlılar ilə yoxsullar arasındakı uçurumdan xəbəri var. Çox kədərli və vahiməlidir. Buna rəğmən fundamental olaraq vahiməli məqam əvvəlcədən qeyd etdiyim həmin o qorxudur, hansı ki gələcəkdə, övladlarımızın nəslində həll olunmamış qalacaq. Bu, hamımızın daxilən keçirdiyi bir hissdir. Bundan yaxa qurtarmaq çox qəliz məsələdir.

– Sözügedən o qorxu və duyğunun real və insancıl bir şəkildə ötürülməsini necə təmin edirsiniz? Bu, aktorların emosiolarınamı söykənir?

– Rejissor kimi aktyorlarla danışarkən hər bir vəziyyəti onların buna emosional yanaşa bilməsi üçün əlimdən gəldiyi qədər sadə və dolaysız formaya gətirməyə çalışıram. Onlara belə bir şey demirəm: “Əgər ssenarini təhlil etsəniz, görərsiniz ki, burada bir siyasi şərh var”. Burada nəyinsə müzakirə edilməsinə ehtiyac olduğunu düşünmürəm. Onlar həmişə belə deyirəm: “Bu xarakterə görə kədər hiss keçirmirsiniz?” Aktyorlarla apardığım bu instinktiv söhbətlər onların rollarına kömək edir. Lakin qənaətimcə, filmin uğurlu alınması üçün məkan amili obrazlar və ya kastinq qədər vacibdir.

– Bununla nəyi nəzərdə tutursunuz?

– Mükəmməl bir çəkiliş məkanı tapanda və ya onu xəyal edəndə elə həyəcan hissi keçirirəm ki, sanki böyük bir aktyor tapmışam.Məsələn, “Okja” filimi götürək, hekayə Koreyanın ucqar dağ kəndlərindən başlayaraq Nyu-Yorkun Uoll Strit (Wall Street) küçəsinə qədər uzanır; bir neçə qitəyə yayılan nəhəng bir səfərdir. “Parazit” (Parasite) filmini, demək olar ki, teatr tamaşası saymaq olar – hekayə məkanda o qədər cəmləşmişdir ki, hadisələrin 90 faizi iki evdə baş verir. Bu, mənim indiyə kimi qarşılaşmadığım bir çətinlikdir. Bu film üçün vertikal məkan hissi çox önəmli idi. “Qar Yarıcı” (Snowpiercer) filmində isə əksinə, horizontal məkan böyük rol oyanırdı.

– 2018-ci ildə “Netflix” platformasında yayılmanan “Okja” filmindən sonra yenidən kinoteatrlar üçün film çəkməyə qayıtmaq sizi xoşbəxt edirmi?

– “Okja” filmini çəkərkən kino operatorla apardığımız müzakirələrdə belə bir qərara gəldi, elə edək ki, filmi smartfonlarında izləyənlər sadəcə onu seyr etməkdən əl çəksinlər: Elə bir təəssürat yaratmaq istəyirdik ki, onlar bu filmi izləmək üçün kinoteatra getməkdən və ya ən azı böyük ekranlı proyektordan istifadə etməkdən başqa seçimlərinin olmadığına inansınlar. Bir çox kadrın çərçivəsini elə qururduq ki, onların imtina etməkdən başqa çarəsi qalmasın. Məsələn, çəkdiyimiz esktremal ümumi planlada qız ekranda, həqiqətən, çox kiçik görünürdü. Rəqəmsal platformaların kino üçün pis olduğunu düşünmürəm, əksinə, gələcəkdə “Netflix” ilə yenidən əməkdaşlıq etmək istəyərdim. Nəticə etibarilə, kinoteatrlar ən yaxşı film izləmə təcrübəsini yaşadır. Çünki yalnız bu üsul və platforma tamaşaçıya dayandırma düyməsindən istifadə etmək imkanı vermir.

– Miqyas baxımından bunu öz müstəqil işlərinizə qayıdış kimi qiymətləndirmək olarmı? Həm “Okja”, həm də “Qar Yarıcı” (Snowpiercer) filmi böyük büdcəli istehsallar olub. Halbuki siz isə karyeranızda daha çox müstəqil filmlər çəkərək uğur qazanmısınız.

– Özümü artıq bu həcmdə, bu miqyasda və büdcədə olan “Ana” (Mother) və “Cinayət xatirələri” (Memories of Murder) kimi filmlərə qayıtmış hiss edirəm. Kiçik büdcəli filmə qayıdış mənə sakitlik bəxş etdi və həmin filmdə incəliklərə daha dərindən diqqət yetirə biləcəyim hissini oyatdı.

“Qar Yarıcı” (Snowpiercer) və “Okja” filmlərinin büdcəsi çox yüksək olduğundan rejissor qismində enejrimi sərf etməli olduğum başqa şeylər də var. Elə “Okja” filminə nəzər salaq, orda təxminən 320 super-donuz kadrı var, və həmin vizual görüntülərin həllində inanılmaz dərəcədə enerji itirdim. “Parazit” (Parasite) filmində isə həmin enerjimi hər bir fərdə, personajına və filmin ən xırda vizual elementlərinə diqqət yetirməyə sərf etdiyim üçün olduqca xoşbəxt idim.

“Janr filmlərinin yarada biləcəyi çox spesifik bir kino həyəcanı var. Və mənim də bu janrda sevdiyim cəhət məhz budur.”

– Hansı təfərrüatları sizi xüsusilə qürurlandırdı?

– Elə çox zərif və bol detallı film ərsəyə gətirmək istəyirdim ki, orada hər bir personajın qoxusunu belə hiss edə biləsiniz. Mən özümü bir janr rejissoru kimi görürəm. Zənnimcə, janr filminin siyasi məzmun qazanması üçün geniş potensial var və həmin ənənə özünü elmi-fantastika janrında əks etdirir. Həm “Qar Yarıcı” (Snowpiercer), həm də “Okja” filminin çox güclü elmi-fantastika çalarların olmasına görə onların tam mənasıyla siyasi filmlər olduğunu rahatlıqla deyə bilərik. “Parazit” (Parasite) filminə gəldikdə isə hekayənin ən əsas təməlinin bu olduğunu görmək olur. Film kasıblarla zənginlərin həyatından bəhs edir, lap əvvəldən bunun asanlıqla çox siyasi bir film olduğunu demək olur. Lakin mən bu filmin sırf siyasi şərhə söykənməsini demək istəmirdim.

– Niyə belə düşünürsünüz ki, janr filmləri indiki dövrdə olduqca populyar görünür?

– Eləmi görünür? Janr kinosu istehsal edən rejissorlardan biri olduğum, trendə və ya yeni çıxan işlərə ümumi bir nəzərlə baxan tənqidçi olmadığım üçün bunu eşitdiyimə görə məmnun oldum. Janr filmlərinin çox böyük pərəstişkarıyam. Sırf elə janr filmlərinin konvensiyalarını qırmağı və yaxud təhrif etməyi sevsəm də, ümumilikdə həmin janrın çərçivəsindən kənara çıxmıram. Janr filmlərinin yarada biləcəyi çox spesifik bir kino həyəcanı var. Və mənim də bu janrda sevdiyim cəhət məhz budur. Ona görə də bunu görmək məni sevindirir.

Müsahibəni hazırlayan: Kaleem Aftab

Mənbə: “the-talks.com”

Tərcümə: Yunus Müşfiq