“Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) Ukraynaya növbəti 917,5 milyon dollar məbləğində paketin ayrılması Kiyev “ilkin şərti” yerinə yetirənə qədər təxirə salına bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BVF ilə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “RBC-Ukrayna” agentliyi məlumat yayıb.
Fevralın 20-də BVF-nin missiyası Ukraynanın EFF proqramı üzrə öhdəliklərini yerinə yetirməsinin növbəti auditini yoxlamaq üçün Kiyevə gəlib. Əgər yoxlamalar uğurlu olarsa, Ukrayna növbəti paketi ala biləcək.
Nəşrin fikrincə, danışıqlar çətin gedir və əvvəlkilər kimi uğurla başa çatmaya bilər.



