Uncategorized

Cənubi Koreya və ABŞ müdafiə nazirləri danışıqlar aparıb

Koreya Respublikasının müdafiə naziri vəzifəsini icra edən Kim Seonq-ho və Pentaqonun yeni rəhbəri Pit Heqset arasında ilk telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, tərəflər Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafı fonunda ikitərəfli hərbi alyansın dərinləşdirilməsi və birgə müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bununla bağlı Kim Seonq-ho və Pit Heqset Yaponiya ilə üçtərəfli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.