“ABŞ Dövlət Departamenti agentliyin yenidən təşkili planları çərçivəsində iyulun 1-dək 3400-dən çox əməkdaşını ixtisar etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə CBS telekanalı əldə etdiyi hökumət sənədlərinə istinadən məlumat yayıb.
Dövlət Departamentinin ABŞ Konqresinə göndərdiyi müvafiq plan xarici siyasət departamentinin 3448 əməkdaşına, onun işçilərinin təxminən 18%-nə aiddir. Onlardan 1873 nəfəri ixtisar olunacaq və ya işdən çıxarılacaq, qalan 1575 nəfər isə “öz istəyi ilə” ayrılacaq.