Xəbərlər

CENTCOM komandanı Kurilla İsrail Baş Qərargah rəisi ilə görüşüb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla ABŞ-da səfərdə olan İsrail Baş Qərargah rəisi Herzi Halevi ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə CENTCOM məlumat yayıb.

İki ölkənin siyasi xadimlərinin fevralın 19-da ABŞ-ın Florida ştatının Tampa şəhərindəki CENTCOM qərargahında görüşdüyü bildirilib.

Verilən məlumata görə, tərəflərin iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığını, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyəti, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması, Qəzzada atəşkəs və Yəməndə Husilərin hərəkətlərini müzakirə etdiyi bildirilib.