Süni intellektin inkişafı həyata hörmətə, ədalətin qorunmasına və insan ləyaqətinin müdafiəsinə əsaslanmalıdır.
“Füyuzat” xəbər verir ki, bu barədə Çin Buddist Assosiasiyasının vitse-prezidenti, Tsyansu əyaləti Buddist Assosiasiyasının sədri Tsyu Şuan (Qiu Shuang) Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında bildirib.
“Süni intellektin inkişafı həyata hörmətdən, ədalətin qorunmasından və insan ləyaqətinin toxunulmazlığından çıxış etməlidir”, – o qeyd edib.
Tsyu Şuan qeyd edib ki, hazırkı iclasda müzakirə olunan mövzular, o cümlədən iqlim dəyişikliyi, etika, süni intellekt və digər məsələlər müasir dövrün çağırışlarını əks etdirir.



