Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) Daimi Komitəsinin sədri Zhao Leji Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dəvəti ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında və BRİCS Parlament Forumunda iştirak etmək üçün Moskvaya gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə axşamı, iyulun 9-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Leji Moskvaya gəldi”,- məlumatda bildirilir.
Qeyd olunur ki, çərşənbə axşamı axşam saatlarında Zhao Leji ilə Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında qeyri-rəsmi görüş keçiriləcək və onlar Moskvanın görməli yerlərini gəzəcəklər. Bundan əlavə, iyulun 10-da Dövlət Dumasının sədri ilə Çin parlamentinin rəhbəri arasında ikitərəfli görüş, habelə Rusiya Federasiyası Federal Məclisi ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 9-cu iclası keçiriləcək.