“Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi bu həftə baş tuta bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.
“Amerika administrasiyasının nümayəndələri yaxın günlərdə təkcə ukraynalılarla deyil, həm də Rusiya rəsmiləri ilə görüşlər keçirəcəklər”, – məlumatda bildirilib.
Danışıqlarda kimin iştirak edəcəyi hələ ki, açıqlanmayıb.