Füyuzat 142

Dünyanın o başına da göynəyən adam

Mən səni yaşayıram…

Zəmilərin lalə, bağların bahar, dalğaların sahil həsrəti kimi.

Qar altında quzulayan torpaqlar kimi.

Ağlamaqdan belə doymayan yetim uşaqlar kimi.

Gözü elat yolunda qalan kimsəsiz, tənha dağlar kimi.

Suyuna diz çökdüyüm bulaqlar kimi.

Yuvası dağılmış budaqlar kimi…

Mən səni yaşayıram…

Kəpənək dalınca qaçan uşağın umudu kimi.

Odla işıq arasında çırpınan pərvanənin ağrısı kimi.

Bir göz yumunda bir ömür kimi.

Bir damlada bir dərya kimi.

Bir puçurda bir bahar kimi.

Son tikəsini təbəssüm kimi uzadan insanın gözlərindəki nur kimi.

Qanadı qırılmış quşun göy təşnəsi kimi.

Ayrılığın qu naləsi kimi…

Mən səni yaşayıram…

Yenə yaz gələcək, yenə körpələr doğulacaq…

Yenə günəş doğacaq, yenə sevgilər gülümsəyəcək – zoğ-zoğ, pöhrə-pöhrə…

Yenə yaxşılıqlar çiçək tökəcək – şamama tağı kimi…

Yaxşılıqlar yaxşıların tumurcuqları, çiçəkləridir.

Loğman

Davamı…