Turan dünyası

Əli bəy Hüseynzadənin Turançılıq fəlsəfəsi – II Yazı

Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyinə ithaf olunur.

Tanınmış bilgəmiz Əli bəy Hü­seyn­za­də­yə gö­rə yal­nız Os­man­lı­da de­yil Qa­car­lar­da da mü­səl­­man xalq­la­rı cə­ha­lət, xu­ra­fat için­də­dir­lər. Sa­də­cə, Os­man­lı­da bir müs­tə­bid olub (II Əb­dül­hə­mid) əsas ha­ki­miy­yət İs­tan­bu­lun əlin­də cəm­ləş­di­yi hal­da, Qa­car­lar­da on­lar­la müs­tə­bid var­dır və Teh­ran hö­ku­mə­ti­nin əli çox vaxt di­gər yer­lə­rə çat­mır. İs­tan­­bul hö­ku­mə­ti din mə­sə­lə­si­nə, əsa­sən, nə­za­rət et­di­yi hal­da, Teh­ran hö­ku­mə­ti mol­la­lar, müc­tə­hid­lər və se­yid­lər­lə ba­ca­ra bil­mir. O ya­zır: “Bu növ hö­ku­­mə­ti-ta­liy­yə­nin “İran” üçün ən təh­lü­kə­li­si se­yid və mol­la hö­ku­mə­ti­dir. Os­man­lı türk­lə­ri ələl­­ü­mum qə­dim­dən bə­ri tut­duq­la­rı din və məz­həb­­dən ay­rıl­ma­dıq­la­rı hal­da, “İran” mol­la­la­rı iki də, bir də ye­ni məz­həb­lər ix­ti­ra­sı­na qal­xı­­şa­raq mol­la hö­ku­mə­ti­nin də­xi tə­əd­dü­dü­nə ça­lı­şır­lar” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 159). Onun vax­ti­lə uzaq­gö­rən­lik­lə ifa­də et­di­yi bir du­rum ol­ma­­lı­dır ki, se­yid və mol­la qı­lı­ğın­da­kı­la­rın “mol­la hö­ku­mə­ti” ar­tıq “İran”da rəs­mi olaraq 40 il­dən çox­dur öz var­lı­ğı­nı sür­dür­mək­də­dir.

Ona gö­rə İs­lam coğ­ra­fi­ya­sı­nın ən ağ­rı­lı ye­ri olan “İran”da hind məz­həb­lə­ri bud­dizm­lə brəh­mə­nizm zər­düşt­li­yə, xris­ti­an­lıq ma­ni­li­yə çev­ril­miş, Yu­nan və Ro­ma cüm­hu­riy­yət­çi­li­yi də ic­ma­ya əsas­la­nan İs­lam Xi­la­fət­­çi­li­yi dik­ta­tu­ra­sı­na dö­nüş­müş­dür (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 160). Onun fik­rin­cə, bü­tün bun­la­ra əsas sə­bəb Hind məz­həb­lə­rin­dən qay­naq­la­nan zər­düşt­lü­yün, onun “xe­yir və şər” nə­zə­riy­yə­si­nin bu və ya di­gər for­ma­da xris­ti­an­lı­ğı, cüm­hu­riy­yət­­çi­li­yi, xi­la­fət­çi­li­yi-is­lam­çı­lı­ğı ya­vaş-ya­vaş iç­dən öz tə­si­ri al­tı­na sal­­ma­sı­dır: “Əsa­sən, “İran”­dan məz­həb iq­ti­za­sı ola­raq heç bir fər­din Av­ro­pa­da və sa­ir bi­la­di-mü­tə­mə­di­nə­də təh­si­li-el­mə  get­mə­yə haq­qı yox­dur. Çün­ki Zərd­­üş­tün “pak və na­pak” nə­zə­riy­yə­si bu gün mü­ba­li­ğə­yə uğ­ra­ya­raq, bu nə­zə­riy­yə­yə gö­rə bir qaç mil­yon mü­səl­man­­dan baş­qa məx­lu­qül­lah olan bir mil­yard ya­rım bə­şə­riy­yə­tin qaf­fə­si əh­li-ki­tab­da da­xil ol­du­ğu hal­da mur­dar­dır. Bak­te­ro­lo­gi­ya el­mi­nin “asep­si və an­ti­sep­si” nə­zə­riy­yə­lə­rin­dən bi­xə­bər olan “İra­n”ın “pak və na­pak” fər­ziy­yə­si şa­ya­ni-hey­rət­dir: Bu fər­ziy­yə­yə gö­rə qırx-əl­li kə­lin, qo­tu­run, ke­çə­lin gi­rib çıx­dı­ğı ho­vu­zun su­yu pak ədd olun­du­ğu hal­da, təq­dir­xa­na­nın o mik­rob­suz, rü­sub­suz bər­raq su­la­rı na­pak və mur­dar he­sab olu­nu­yor” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 161).

Hü­seyn­za­də­nin bu­ra­da ifa­də et­di­yi əsas mə­sə­lə zər­düşt­lü­yün İs­lam di­ni, xü­su­si­lə də onun şiə məz­həb­çi­li­yi da­xi­lin­­də ye­ni bir for­ma ala­raq ya­şa­ma­ğa da­vam et­mə­si idi. Biz­cə, iran­dil­li xalq­lar zər­düşt­­lü­yün şiə­lik da­xi­lin­də bu for­ma­da “İran”da da­vam et­mə­si­nə, əsa­sən, qar­şı ol­ma­sa­lar da, an­caq ey­ni söz­lə­ri türk­lər və ərəb­lər­lə bağ­lı de­mək doğ­ru ol­maz­dı. Çünki zər­düşt­lü­yün şiə­lik da­xi­lin­də bu cür tə­za­hü­rü iran­dil­li xalq­la­rın mil­li adət-ənə­nə­lə­ri­nə uy­ğun­dur, nə­in­ki ərəb­lər və türk­lə­rin mil­li tö­rə­lə­ri­nə. Bu­nu o za­man yax­şı dərk edən Hü­seyn­za­də hər kə­sin an­la­ya­ca­ğı bir şə­kil­də ya­zır­dı: “Biz za­tən şüb­hə et­mi­yor­duq ki, bə­zi ira­ni­lər­də İs­la­ma is­­la­miy­yət nə­zə­ri­lə bax­ma­ğa is­te­dad yox­dur. Çün­ki “Ata­vizm”ə (ir­siy­­yə­ti-bəi­də) ica­ba­tı ilə əf­kar və mə­nə­viy­yat­la­rı ərə­bin, tür­kün zər­be­yi-is­lah­la­rı­na rəğ­mən für­si qə­dim mə­də­niy­yə­tin­dən xi­las ol­ma­­mış­­dır” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 181).

Ə.Hü­seyn­za­də he­sab edir­di ki, ha­zır­da İs­lam alə­min­də di­ri, can­lı, mə­tin, ni­cat­ve­ri­ci, ümid­ve­ri­ci tək döv­lət Os­man­lı olub, “İran”ın ən azı yüz il­lik qəf­lət yu­xu­sun­da ol­du­ğu bir dövr­də xa­ric­dən gə­lən bü­tün bə­la­la­ra tək­ba­şı­na ca­vab ver­miş­dir: “Za­tən İs­la­mın bu üçün­cü döv­rü Türk döv­rü­dür. İs­lam türk­lük­lə pa­yi­dar olu­yor, alə­mi-İs­lam­da Hind­dən Mi­si­rə qə­dər “İran” da da­xil ol­du­ğu hal­da nə qə­dər müs­tə­qil və nim­müs­tə­qil hökm­dar var­sa, hə­man cüm­lə­si Türk nəs­lin­­dən­dir, iç­lə­rin­də bir fars yox­dur. Çün­ki hökm və ida­rə edə bil­mək bir müd­dət­dən bə­ri türk­lə­rə ver­gi ol­muş­dur” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 183). Bu ba­xım­dan İs­lam alə­min­də ye­ni­liklə köh­nə­lik mə­sə­lə­­si­nin, hür­riy­yət və məş­ru­tiy­yət an­la­yış­­la­rı­­nın bü­tün mü­səl­man xalq­la­rı, on­la­rın zi­ya­lı­la­rı üçün oxşar ma­hiy­yət da­şı­dı­ğı­nı id­dia et­mək doğ­ru de­yil­dir. Hü­seyn­­za­də­nin təb­rin­cə de­sək, mü­səl­man xalq­la­rı ol­ma­sı­na bax­­ma­­ya­raq mil­li adət-ənə­nə­lə­rə, in­qi­la­bi ye­ni­lik­lə­rə, din­də is­la­hat­la­ra və di­gər mə­sə­lə­lə­rə fars­lar, türk­lər və ərəb­lə­rin ba­xış­la­rı fərq­li­dir­.

Bu ba­xım­dan özü­nü ge­ri­yə­pə­rəst­lər­lə, dik­ta­tu­ra tə­rəf­dar­la­rı ilə hür­­riy­­yət aşiq­lə­ri, Kons­ti­tu­si­ya tə­rəf­dar­la­rı ara­sın­da­kı mü­ba­ri­zə­də so­nun­cu­la­rın ya­nın­da ol­du­ğu­nu bə­yan et­mək­lə ya­na­şı Hü­seyn­za­də, İs­lam alə­min­də so­nun­cu­la­rın bi­rin­ci­lər üzə­rin­də han­sı yol­la qa­lib gəl­mə­si mə­sə­lə­sin­də fi­kir ix­ti­laf­la­rı­nın ol­ma­sı­nı da tə­bii qə­bul edir­di (Əli bəy Hüseynzadə “Həyat”ın sənəyi-dövriyyəsi, s. 100). O, yax­şı an­la­yır­dı ki, hər da­im Yer kü­rə­sin­də və onun üzə­rin­də­ki məx­lu­qat­da, bə­şə­riy­yət­də də­yi­şik­lik­­lər iki yol­la: 1) in­qi­lab (də­yi­şik­lik bir­dən bi­rə baş ve­rib, onun üzə­rin­də ye­ni key­fiy­yət­li ba­zis və üst qu­rum ya­ra­nır), və 2) tə­ka­mül­lə  (də­yi­şik­lik tə­ka­mül yo­luy­la təd­ri­ci­lə baş ve­rib ye­ni ba­zis və üst­qu­rum­la­rı or­ta­ya qoy­muş­dur) baş ver­miş­dir. Bu ba­xım­­dan bə­şə­riy­yət ta­ri­xin­də də iki bö­yük: 1) pro­tes­­tant­lıq ki­mi di­ni inqi­lab, və 2) Fran­sa­da hü­qu­qi-bə­şə­rin ela­nı ilə si­ya­si in­qi­lab­­lar baş ver­miş­dir. O, ya­zır­dı: “Alə­mi-İs­lam bu iki inqi­la­bın heç bi­rin­­dən mü­təə­sir ol­mu­yub, ha­li-sa­bi­qin­də da­vam edib dur­du. Va­qi­ən İs­lam məm­lə­kət­lə­rin­də ara-sı­ra ye­ni-ye­ni məz­həb­lər tö­rə­di. La­kin bu məz­­həb­lə­rin tö­rə­mə­si İs­lam üçün əs­lən və qə­tən in­qi­lab sa­yı­la­maz. Çün­ki in­qi­lab di­ni, ye­ni məz­həb çı­xar­maq­da de­yil, bəl­kə hə­qa­yi­qi-əv­və­liy­­ye­yi-di­niy­ye­yi əqə­liy­yə­tin əlin­dən xi­las edib ümu­min, kül­liy­­yə­ti-əha­li­nin ma­li et­mək­lə olur. Pro­tes­tant­lıq böy­lə yap­dı” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 165).

Os­man­lı türk­lə­ri in­qi­lab mə­sə­lə­sin­də in­gi­lis­lər ki­mi tə­ka­mül yo­lu tut­du­ğu hal­da, an­caq “İran” xalq­la­rı haq­qın­da ey­ni fi­kir­lə­ri söy­lə­mək çə­tin­dir. O ya­zır­dı: “İran ca­maa­tı bir iki əsr­dən bə­ri tə­ka­mül yo­lun­da bir ad­dım be­lə at­ma­mış ol­duq­la­rın­dan bu gün bə­şə­riy­yə­tin ən ge­ri­də qa­lan bir üz­vü bu­lu­nur­lar. Şim­di ayı­lıb öz­lə­ri­ni hər tə­rəf­dən qa­yət ha­il dal­ğa­la­ra, gir­dab­la­ra mə­ruz gö­rün­cə sə­lə­mi-tə­ka­mü­li təd­ri­cən çıx­maq­dan isə inqi­lab sıç­ra­yış ilə ni­cat yo­lu ara­ma­ğa məc­bur ol­du­lar. Za­tən, in­qi­lab­dan baş­qa da ça­rə­lə­ri yox­dur. Çün­ki tə­ka­mül yo­lu­nu tut­maq ar­tıq gec­dir. İran mü­kəm­məl bir in­qi­la­ba mü­vəf­fəq ol­maz­sa, məhv ol­du­ğu gün­dür” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 166). Onun fik­rin­cə, “İran” in­qi­la­bı di­ni, si­ya­si və ic­ti­mai ol­ma­lı­dır. Be­lə ki, di­ni inqi­lab İs­lam bir­li­yi­ni, si­ya­si inqi­lab məş­ru­tiy­yə­ti, ic­ti­mai in­qi­lab isə so­si­al bə­ra­bər­li­yi və tə­ka­mül yo­lu­nu tut­ma­ğı tə­min et­mə­li­dir (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 166–167).

“İran”da baş ve­rən in­qi­lab­da isə “in­gi­lis­­lə­rin bar­ma­ğı”ndan çox Ru­si­ya in­qi­la­bı­nın tə­si­ri və ic­ti­mai həd­di-bul­­u­ğa ye­tiş­mə­lə­ri ilə bağ­lı­dır. So­nun­cu amil­də iki va­si­tə: 1) iran­lı ta­cir­lə­rin da­ha çox Ru­si­ya ilə ti­ca­rət et­mə­lə­ri, və 2) qöv­miy­yət­lə bağ­lı­dır. Be­lə ki, Ru­si­ya mü­səl­man­­la­rı­nın bir qis­mi ilə ya­na­şı, “İran”ın Qu­zey Azər­bay­can qi­tə­si də da­xil omaq­la çoxu türk­dür (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s. 62).

Be­lə­lik­lə, Hü­seyn­za­də be­lə bir qə­naə­tə gə­lir­di ki, inqi­lab mə­sə­lə­sin­də sağ tə­rəf­də du­rub mü­ha­fi­zə­kar­lıq edən­lə­rə nis­bət­də sol tə­rəf­də­ki­lə­rə ümid da­ha çox­dur: “So­la! Çün­ki bu də­fə uçu­rum, gir­dab, gir­da­bi-ha­il sağ tə­rəf­də­dir. Əl­hə­zər, mü­ha­fi­zə­kar bəy­lə­rin, köh­nə fi­kir­li, ya fi­kir­siz ağa­la­rın, kav­pə­rəst, dün­ya­pə­rəst sər­ma­yə­dar­la­rın, kor­pə­rəst, axi­rət­­pə­rəst, la­kin ye­nə sər­ma­yə­pə­rəst mol­la­la­rın, ke­şiş­lə­rin, ki­çik əqil­li, bö­yük hiy­lə­li, mürv­vət­siz, in­saf­sız, vic­dan­sız, mü­na­fiq, fit­nə­çi, pro­va­ka­tor “bü­rok­rat­la­rın”, “di­va­ni­şin­lə­rin”, ümum əsa­rət və is­tib­dad qul­la­rı­nın çək­dik­lə­ri, sü­rük­lə­dik­lə­ri sağ tə­rəf­dən! Uçu­rum ora­da­dır!… Fə­ra­sət, zə­ka, ağıl, elm, təd­bir, in­saf, mürv­vət, ni­cat, sə­la­mət həp sol tə­rəf­də­dir!” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s. 192). O, da­ha son­ra ya­zır­dı: “Sağ tə­rəf­də bir uçu­rum ha­zır­lan­mış­dır ki, əj­da­ha ki­mi ağ­zı­nı açıb bü­tün cə­ma­ət­lə­ri, bü­tün qövm mil­lət­lə­ri, din­lə­ri ilə, dil­lə­ri­lə, elm və məa­rif­lə­ri ilə, sə­nət­lə­ri və kəs­bü kar­la­rı ilə bəl və na­büd et­mə­yə ama­də­dir!.. Sol tə­rəf isə Ru­si­ya üçün, Ru­si­ya im­pe­ra­tor­lu­ğu üçün, xeyr, bü­tün alə­mi-bə­şə­riy­yət üçün bir döv­ri-cəd­did, bir səa­də­ti-ümu­miy­yə döv­ri-cə­di­di eh­zar ey­li­yor. Bu səa­də­ti-ümu­miy­yə, bu döv­ri-cəd­did hə­qi­qi bir döv­ri-cəd­did ola­caq­dır” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s. 192).

An­caq cə­miy­yə­ti ra­di­kal də­yi­şik­lik­lə­rə ça­ğı­ran sol qüv­və­lə­ri əv­vəl­cə təq­dir edən Hü­seyn­za­də if­ra­ta var­ma­la­rın­dan do­la­yı çox keç­mə­dən də onları tən­qid edir­di: “So­lu­muz­da du­ran­lar isə rə­qib­lə­ri­mi­zi kor-ko­ra­nə təq­lid edə­rək bir­dən-bi­rə sıç­ra­maq, öz­lə­ri­ni qor­xu­lu girdab­la­ra, uç­urum­la­ra at­maq is­tə­yir­lər! Hər iki tə­rəf­dən əl­hə­zər! Bi­rin­ci­lər (ge­ri­yə­pə­rəst mü­ha­fi­zə­kar­lar-F.Ə.) İs­lam di­ni­nin ru­hu­na va­qif ol­ma­ya­raq öz zövq və hə­vəs­lə­ri­nə mü­va­fiq bir ha­lət­də qal­dığı­nı xə­yal edir­lər. İkin­ci­lər (if­rat tə­rəq­qi­çi­lər-F.Ə.) isə zənn edir­lər ki, İs­lam­da mə­də­niy­yə­tə, tə­rəq­qi və tə­ka­mü­lə xid­mət edə­cək bir şey yox­dur. Av­ro­pa cə­hə­tin­dən əsən bü­tün yel­lər, hət­ta zə­hər­li yel­lər be­lə şə­fa­bəxş­dir. Bun­lar bü­tün bu mad­di­yun­lu­ğun (ma­te­ria­liz­min), dəh­ri­yun­lu­ğun (ate­iz­min), iş­ti­ra­ki­yun­lu­ğun (so­sia­liz­min) ma­hiy­yət­­lə­ri­nə öz­lə­ri be­lə agah ol­ma­dan bu tə­ri­qə­ti-fəl­sə­fiy­yə­lə­ri nəşrə ça­lı­şı­yor­lar” (Əli bəy Hüseynzadə Seçilmiş əsərləri, s. 34). Bu ba­xım­dan keç­mi­şi ide­al­­laş­­dıran mü­ha­fi­zə­kar­lar ki­mi, İs­la­mı tə­rəq­qi­yə ən­gəl ola­raq gö­rən if­rat tə­rəq­qi­çi­lər də ya­nı­lır­lar. “Müsəlmanlıqda günah yoxdur” deyən, Əli bəyə görə eyi­bi İs­la­mın za­tın­da de­yil, mü­səl­­man­­la­rın öz əməl­lə­rin­də ax­tar­maq la­zım­dır (Əli bəy Hüseynzadə “Ey qələm”, s. 103).

Ə.Hü­seyn­za­də if­rat mü­ha­fi­zə­kar­lar və ifrat tə­rəq­qi­çi­lə­rə mü­na­­si­bət­də Ə.Ağa­oğ­lu ilə təx­mi­nən ey­ni möv­qe tut­muş, öz­lə­ri­ni ay­rı­ca bir müs­tə­qil xət­tin tə­rəf­da­rı ki­mi qə­lə­mə ver­miş­lər. Sa­də­cə, yu­xa­rı­­da­kı böl­gü­də zid­diy­yət­li və mü­ba­hi­sə do­ğu­ran mə­qam odur ki, Ağa­oğ­lu və Hü­seyn­za­də if­rat mü­ha­fi­zə­kar­lar və tə­rəq­qi­çi­lər ara­sın­da or­ta möv­qe tu­tan­la­rı ilk vaxt­lar­da fərq­li an­la­yış­lar­la (“pa­nis­la­mist­lər”, “mö­tə­dil tə­rəq­qi­pər­vər­lər”) ad­lan­dır­mış­lar. Ağa­oğ­lun­dan fərq­li ola­raq Hü­seyn­­za­də “pa­nis­la­mizm” deyil, “mö­tə­dil tə­rəq­qi­pər­­vər­lər” məf­hu­mun­dan is­ti­fa­də et­miş­dir” (Əli bəy Hüseynzadə Seçilmiş əsərləri, s. 34).