Xəbərlər

Ərdoğan: S-400-ün ikinci partiyasının alınması ilə bağlı müstəqil qərar verəcəyik

“Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının alınmasına müstəqil şəkildə qərar verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“S-400-ə gəlincə, onun növbəti partiyası ilə bağlı kimin nə deyəcəyini düşünməyəcəyik, Türkiyə Cümhuriyyəti hökuməti olaraq bu qərarı özümüz verəcəyik”, – o, BRİCS sammitindən qayıdarkən jurnalistlərə deyib.