Xəbərlər

Ərəb ölkələri Qəzzadakı vəziyyəti müzakirə edib

Səudiyyə Ərəbistanında İsrailin hücumlarının 4 aydan artıqdır davam etdiyi Qəzzada vəziyyəti müzakirə etmək üçün ərəb ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmə toplantısı keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib.

Məlumatda hansı mövzuların müzakirə ediləcəyi, məsləhətləşmə görüşünün nə vaxt başlayıb nə vaxt bitəcəyi ilə bağlı əlavə təfərrüatlar verilməyib.