Xəbərlər

Fələstin: İsrail Qəzzada mülki şəxsləri hədəf alır

“İsrailin Xan Yunus şəhərinə və Deyr Əl-Belahdakı Nuseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda ən azı 50 nəfər həyatını itirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə 15 min 899 mülki vətəndaşın həyatını itirdiyini, 42 min mülki vətəndaşın isə yaralandığını açıqlayıb və ölənlərin yüzdə 70-nin qadın və uşaq olduğunu bildirib.