Xəbərlər

Fələstinin Rusiya səfiri: HƏMAS və İsrail arasında əsir mübadiləsi sürətləndirilməlidir

“HƏMAS hərəkatı ilə İsrail arasında əsir mübadiləsinə dair razılaşmanın əldə olunmasının sürətləndirilməsi vacibdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl söyləyib.

“Biz məhbusların mübadiləsini sürətləndirmək və hakimiyyətin Qəzzaya qaytarılmasını istəyirik. Bu, ərazinin yenidən qurulmasına başlamaq üçün yeganə düzgün həll yoludur”, – diplomat bildirib.

Qeyd edək ki, Nofəl Qəzza zolağında dərhal atəşkəsə çağırıb və humanitar yardımların çatdırılmasını labüd adlandırıb.