Xəbərlər

Fidan: İsrailə Qəzzada atəşkəslə bağlı yalnız ABŞ təzyiq göstərə bilər

“Qəzza zolağında atəşkəs razılaşmasının təminatçısı olan dövlətlərdən yalnız ABŞ İsrailə hərbi əməliyyatlara moratoriumun müddətinin uzadılması üçün təzyiq etmək imkanına malikdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan müsahibəsində deyib.

“Biz narahatıq ki, İsrailin Baş naziri Benyamin Netanyahu girovları qəbul etdikdən sonra Qəzza zolağında müharibəni bərpa etməyə cəhd edə bilər. Burada isə qarant ölkələrin hansı mövqe tuta biləcəyini görmək lazımdır. Atəşkəsin təminatçısı olan ölkələr arasında Amerika rəhbərliyinin hazırda bu məsələyə yeni yanaşması var. Bu məsələ ilə bağlı işlər aparılır”, – nazir qeyd edib.