Xəbərlər

FÜYUZAT tv 1 yaş

Bu gün FÜYUZAT tv 1 yaşını izləyiciləri ilə qeyd edir. YouTube kanalımız bu 1 ildə bir-birindən maraqlı ədəbi, ictimai, siyasi, mədəni, aktual mövzularda verilişlərlə sizlərin görüşünə gəlib. Çox az müddətdə “15 İLLİK VARİSLİK”, “FÜYUZATDAN SƏSLƏR”, “ARXİV”, “GƏNC BAXIŞ”, “XƏBƏRİMİZ VAR”, “EKSKLÜZİV MÜSAHİBƏ”, “GÜNDƏMƏ BAXIŞ”, “KİTABDAN HƏYATA”, “ARXA PLAN” verilişlərimizlə  ədəbi, ictimai, siyasi, mədəni, aktual mövzularda maarifləndirmə missiyasını həyata keçirməyə çalışdıq.

FÜYUZAT tv-nin fəaliyyətində əməyi keçən hər bir əməkdaşımıza, eləcə də dəvətimizi qəbul edib FÜYUZAT tv-yə müsahibə verən qonaqlarımıza, çəkilişlərimiz üçün şərait yaradan hər bir müəssisəyə və ən əsası, əməyimizi qiymətləndirib dəyər verən izləyicilərimizə – sizlərə təşəkkür edirik!

Əsrlərdən gələn milli duyğunun, milli qeyrətin səsi olmağa davam edəcəyik! FÜYUZAT tv-ni izləmədə qalın!