Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təşəbbüsü ilə “FÜYUZAT tv” internet televiziyası tamaşaçılara fərqli intellektual müstəvi təqdim edən “Pərdə Arxası” adlı yeni layihəsinə start verir. Verilişin əsas məqsədi cəmiyyəti düşündürən aktual mövzuların görünməyən tərəflərinə işıq salmaq və dərin təhlillər aparmaqdır.
“Füyuzat” xəbər verir ki, layihənin ilk buraxılışının qonaqları tanınmış şair, tərcüməçi və esseist Səlim Babullaoğlu ilə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olublar.
Yaradıcı heyət tərəfindən ciddiyyət və həssaslıqla hazırlanan proqramda ədəbiyyatdan dinə, mədəniyyətdən ictimai proseslərə qədər geniş spektrdə mövzular ətrafında müzakirələr aparılıb.
Qonaqlar müasir dövrün çağırışları və mənəvi dəyərlərin qorunması fonunda “pərdəarxası” məqamlara özünəməxsus baxış bucaqlarını ifadə ediblər. Dialoq formatında hazırlanan proqram həm bədii-fəlsəfi, həm də sosioloji yanaşmaların sintezi ilə ərsəyə gəlib.
“Pərdə Arxası” layihəsinin hər buraxılışında öz sahəsində peşəkar simaların iştirakı ilə mühüm hadisələrin dərki hədəflənir.
İntellektual müzakirə sevənlər üçün nəzərdə tutulan verilişin ilk buraxılışını yaxın günlərdə “FÜYUZAT tv” interne




