Xəbərlər

Füzuli Sabiroğlu “Füyuzat” jurnalının qonağı olub

Ssenarist, rejissor, araşdırmaçı Füzuli Sabiroğlu “Füyuzat” jurnalının qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb. Eyni zamanda, Azərbaycanın tarixi irsindən, abidələrdən və onların qorunmasından danışılıb. Qərbi Azərbaycanda dağıdılan milli irs nümunələrinə toxunulub və soydaşlarımızın milli hüquqlarının təbliği, tarixi haqlarımızın bərpası üçün atıla biləcək mümkün addımlardan danışılıb.

Bundan başqa, MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Öz növbəsində Füzuli Sabiroğlu MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.