Türkiyənin xarici işlər naziri Hakan Fidanın sabah Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl 12 yanvar 2025-ci ildə Ər-Riyadda keçirilən çoxtərəfli Suriya toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Səfərin təfərrüatları açıqlanmayıb.