“HƏMAS hərəkatı İordan çayının qərb sahilində və Qəzza zolağında müstəqil Fələstin dövlətinin yaradılmasına razıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu “Əl Ərəbiyyə” telekanalına müsahibəsində HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk deyib.
“HƏMAS İordan çayının qərb sahilində Fələstin dövlətinin yaradılmasına razıdır və HƏMAS Fələstin xalqının maraqlarına cavab verən hər şeylə razılaşacaq”, – məlumatda bildirilir.