“HƏMAS hərəkatı hesab edir ki, İsrail ilə Qəzza zolağında atəşkəsə nail olmağa yönəlmiş mövcud təklifləri tam hesab etmək olmaz”.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS-ın Qətərdəki Siyasi Bürosunun üzvü Hussam Badran bildirib.
“Hazırda Qəzzada atəşkəs məsələsi ilə bağlı irəli sürülən ideyalar və təkliflər natamamdır. HƏMAS İsraillə atəşkəs razılaşmasına qayıtmaqda maraqlıdır. Lakin hələlik vasitəçilərdən yeni təşəbbüs irəli sürən olmayıb. HƏMAS belə təkliflərə açıqdır”, – o qeyd edib.