“HƏMAS hərəkatı Qəzza zolağında İsraillə əldə edilmiş atəşkəs razılaşmasına riayət edilməsində, eləcə də anklavın bərpasında Rusiyanın dəstəyinə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS hərəkatının İrandakı nümayəndəsi Xalid əl-Qəddumi bildirib.
“Biz Rusiyaya dost ölkə kimi baxırıq. O, gələcəkdə xalqımıza Qəzzanın bərpasında köməklik göstərərək, əldə olunmuş atəşkəsə hörmət etmək üçün İsrailə diplomatik və siyasi təzyiq göstərən tərəfdaş ola bilər”, – nümayəndə əlavə edib.