Fələstinin HƏMAS hərəkatının rəhbərliyi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS-ın teleqram kanalında məlumat yayılıb.
“HƏMAS rəhbərliyinin üzvlərindən ibarət olan və Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə günü Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Misir və Qətərin vasitəçiliyi ilə imzalanmış Qəzzada saxlanılan israilli və İsrail həbsxanalarında saxlanılan fələstinli girovların dəyişdirilməsinə dair razılaşmanın detalları müzakirə edilib”, – məlumatda bildirilib.