HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampı Vaşinqtonun Qəzza zolağına nəzarəti bərqərar etməsi və anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi ilə bağlı bəyanatlarından əl çəkməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın teleqram kanalında məlumat yayılıb.
“Biz Amerika administrasiyası və ABŞ prezidentini beynəlxalq normalara zidd olan və Fələstin xalqının öz torpaqlarına olan təbii hüquqlarını pozan məsuliyyətsiz bəyanatlarından əl çəkməyə çağırırıq”, – məlumatda bildirilib.