“HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza zolağında yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini rədd edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS-ın rəsmi teleqram kanalında dərc olunmuş bəyanatında bildirilib.
“Trampın Qəzza zolağındakı Fələstin xalqını anklavda yenidənqurma işləri bəhanəsi ilə vətənlərini tərk etməyə çağırdığı bəyanatını rədd edirik. Amerika liderinin təklifi Fələstin məsələsini sıradan çıxarmaq üçün açıq cəhddir”, – məlumatda bildirilib.